Ələ keçmiş İŞİD-çilər harada saxlanılır? - Politoloqdan şok iddia

Ələ keçmiş İŞİD-çilər harada saxlanılır? - Politoloqdan şok iddia
15:52 12 Oktyabr 2019
126 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasından sonra ABŞ tərəfindən ələ keçirilmiş İŞİD terror təşkilatı üzvlərinin harada saxlanılması məsələsi gündəmə gəlib.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, türk politoloq Dəniz Kilislioğlu məsələ ilə əlaqədar ilginc iddia irəli sürüb.

Politoloq terrorçuların türk ordusunun əməliyyat keçirdiyi bölgələrdə saxlanıldığını bildirib:

"İŞİD-çilərin sayı barədə dəqiq məlum olmasa da, ələ keçmiş terrorçuların saxlanıldığı həbsxanalar və düşərgələrin nöqtələri bəllidir. Xəritəyə baxanda görürük ki, türk ordusunun əməliyyat bölgəsində - Təl Abyad və Rəsulayn arasındakı ərazilərdə İŞİD-çilərin saxlanıldığı həbsxana yoxdur. Türk odusunun təhlükəsizlik zonası qurmaq istədiyi bölgədə isə 3 həbsxana var. Təl-Abyad və Rəsulayn arasında həbsxana yoxdur, amma düşərgə var. Əməliyyat bölgələrində bir, təhlükəsizlik zolağında isə üç düşərgə var".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/793525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR