Yerevanda vəzifəli şəxsin külli miqdarda pulu oğurlanıb

Yerevanda vəzifəli şəxsin külli miqdarda pulu oğurlanıb
02:47 13 Oktyabr 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Yerevanda külli miqdarda pul oğurlanıb.
"Report" "Shamshyan.com"a istinadən xəbər verir ki, hadisə Erebuni rayonunda qeydə alınıb.
Naməlum şəxslər Armavir vilayətinin Norapat kənd sakini, "Avtomotors" MMC-nin direktoru Karen Martirosyanın "Nissan March" avtomobilinin salonundan portfel oğurlayıb. K.Martirosyan asayiş keşikçilərinə bildirib ki, portfeldə 13 milyon dram olub. 
Qeyd edək ki, bu, son vaxtlar Ermənistanda baş verən növbəti qalmaqallı oğurluq hadisəsidir. Daha əvvəl Yerevanda Armavir vilayətinin keçmiş qubernatorunun oğlunun avtomobili qarət edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/yerevanda-kulli-miqdarda-pul-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR