Türkiyənin Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Fateh Sultan Mehmet Edirne" turu keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Milli.Az-a verilən məlumata görə, fotofinişə əsasən təmsilçilərimiz - Samir Cəbrayılov 2-ci, Elçin Əsədov isə 6-cı olub.

Birinci yerə Balkan Onur (Türkiyə), üçüncü yerə isə Örken Ahmet (Türkiyə) çıxıb.

Oktyabrın 13-də yığma komandamız Türkiyədə növbəti birgünlük yarışda - 1.2 kateqoriyalı "Fateh Sultan Mehmet Kirklareli" turunda mübarizə aparacaq və daha sonra 2.1 kateqoriyalı Peninsula Turunda iştirak etmək üçün Malayziyaya yola düşəcək.

Milli.Az