Türkiyə Ordusu Suriyada daha bir yaşayış məntəqəsini terrorçulardan təmizlədi

Türkiyə Ordusu Suriyada daha bir yaşayış məntəqəsini terrorçulardan təmizlədi
14:37 13 Oktyabr 2019
165 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Ordusu və Suriya Milli Ordusunun apardığı "Barış bulağı" əməliyyatı çərçivəsində sərhəddəki Tel Abyad rayonunun cənub-şərqindəki Suluq mərkəzi terrorçulardan təmizlənib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Suriya Milli Ordusunun əsgərləri mərkəzdə nəzarəti tam ələ alıb. Hazırda axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış bulağı" adlı antiterror əməliyyatına başlayıb.

Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/793906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR