Türkiyə Ordusu Suriyada daha bir rayonu terrorçulardan təmizləyib

Türkiyə Ordusu Suriyada daha bir rayonu terrorçulardan təmizləyib
15:12 13 Oktyabr 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın şimalındakı Rəkka əyalətinin Tel-Abyad sərhəd şəhərinin cənub-şərqindəki Suluk rayonunu terrorçulardan tam azad edib.
Report Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, Suriya Milli Ordusunun əsgərləri ərazini tam nəzarətə götürüb və hazırda axtarış-xilasetmə işləri aparırlar.
Əməliyyat çərçivəsində terrorçuların Tel-Abyaddakı hədəfləri haubitsalardan atəşə tutulur.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-ordusu-suriyada-daha-bir-rayonu-terrorculardan-temizleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR