Daha iki veteran güləşçimiz dünya çempionatında fərqlənib

Gürcüstanın paytaxtı Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı başa çatıb.

Metbuat.az xəbər verir ki, Musa Mirzəyevin (-130 kq) ardından daha iki yunan-Roma güləşçimiz medal qazanıb. Belə ki, müxtəlif yaş qruplarında Məmməd Əliyev (-78 kq) gümüş və Rövşən İsmayılxanlı (-130 kq) bürünc medalla mükafatlandırılıb. Qeyd edək ki, milli dərəcəli hakimlərimizdən Xəyal Əliyev və Eldar Məmmədov yarışda ədaləti qoruyub. Onlar beynəlxalq dərəcə almaq üçün imtahandan da keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR