Makron Türkiyə ordusuna qarşı HƏRƏKƏTƏ KEÇDİ

Makron Türkiyə ordusuna qarşı HƏRƏKƏTƏ KEÇDİ
11:43 14 Oktyabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

“Suriyadakı qüvvələrimizin təhlükəsizliyini təmin etmək üçün bəzi tədbirlər görəcəyik”.

Publika.az “Röyters”ə istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

Eliz sarayında Türkiyənin “Sülh çeşməsi” ilə bağlı keçirilən təcili toplantından sonra verilən açıqlamada rəsmi Parisin Suriyanın şimalındakı hərbi və mülki heyətin təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər görəcəyi qeyd edilib.

Hərəkatın ən kəskin şəkildə qınanıldığı bildirilən açıqlamada Fransanın türk hücumuna dərhal son qoyması üçün diplomatik cəhdlərini artıracağı vurğulanıb.

Markon “Sülh çeşməsi”nin bölgədə dramatik vəziyyəti dərinləşdirəcəyindən, İŞİD-in yenidən canlanacağından və Suriyanın sabitliyini həmişəlik itirməsinə yol açacağından narahatdır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/293007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR