Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığmasına səfərdə 0:1 hesabı ilə uduzduğu görüşdə vurduğu təmiz qolu sayılmayan Bəhlul Mustafazadə “Report”un Budapeştə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb...
- Matçı necə dəyərləndirirsiniz?
- Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqibin təzyiq edəcəyini bilirdik. Çünki onlara da xal lazım idi. Qrupdan çıxmağa namizəd komanda kimi mütləq qələbə qazanamlıydılar. Biz də vuruşduq, əlimizdən gələni etdik. Nəticə belə alındı.
- Qarşılaşmanın 90+4-cü dəqiqəsində sayılmayan qolunuz barədə nə deyə bilərsiniz?
- Həmin epizodda top əlimə dəyməmişdi. Qol ləğv ediləndə, elə bildim ofsayddır. Ancaq sonra gördüm ki, əl ilə oyun qeydə alıb. Baş hakimin səhvə yol verdiyini bilirdim. Amma əlimizdən bir şey gəlmirdi. Referi artıq qərarını vermişdi. Toparlanmaq lazım idi. Top 100 faiz əlimə dəyməmişdi. Qol sayılmadığı üçün təəssüf edirəm. Heç-heçə ola bilərdi.
- Gənc futbolçu kimi qolun sayılmaması psixoloji cəhətdən mənfi təsir edə bilər?
- Xeyr. Bunlara öyrəşməliyik. Futboldur, belə şeylər olur. Edə biləcəyimiz bir şey yoxdur. Gələn oyunlarda müsbət nəticə qazanmaq lazımdır.
- Əsas milliyə yeni cəlb edilsəniz də son matçlarda komandada uzun müddət olan biri kimi çıxış edirsiniz. Bunun sirri nədədir?
- U-15-dən bəri bütün milli komandalarda oynamışam. Ona görə də qeyri-adi, ciddi bir şey olduğunu düşünmürəm. Davamlı beynəlxalq matçlarda iştirak etdiyim üçün çətinlik hiss etmirəm.
Bəhlul Mustafazadə: "Top 100 faiz əlimə dəyməmişdi -
Həmçinin oxu
“Qalatasaray” Sanenin əvəzinə onu istəyir
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı
Bu gün
·
15:15
Xəsarət alan müavin Qurbanovun qohumu imiş - FOTO
Bu gün
·
15:07
ADY Çindən qəbul etdiyi blok-qatarların sayını artırıb
Bu gün
·
15:04
Naxçıvanda vergi daxilolmaları artıb
Bu gün
·
14:39
Azərbaycan fındıq ixracını artırıb
Bu gün
·
14:16
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
Bu gün
·
13:47
Konqoda Eboladan ölənlərin sayı 4 mini keçdi
Bu gün
·
13:46
Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Bu gün
·
13:34
Əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Bu gün
·
13:14
3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirildi
Bu gün
·
12:49
Oktyabrın 9-nun havası açıqlandı
Bu gün
·
12:38
Sumqayıtda dənizdə batan yaşlı kişinin meyiti tapıldı
Bu gün
·
12:32
Sosial müavinət alanların nəzərinə
Bu gün
·
12:28
Türkmənbaşıda 8-ci Məşvərət görüşü keçirildi - FOTO
Bu gün
·
12:25
Mərkəzi Asiya və Azərbaycan liderləri Birgə Bəyanat yayıb
Bu gün
·
12:19