Qırğızıstan XİN rəhbəri: Türk Şurası çərçivəsində iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması əsas hədəflərdən biridir

Qırğızıstan XİN rəhbəri: Türk Şurası çərçivəsində iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması əsas hədəflərdən biridir
12:08 14 Oktyabr 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Türk Şurası çərçivəsində iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması əsas hədəflərdən biridir.

Trend-in məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin görüşü zamanı Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov deyib.

O qeyd edib ki, Türk Şurası dövlət başçılarının Özbəkistanın quruma daxil olması ilə bağlı birgə bəyanatı növbəti sammit çərçivəsində qəbul olunacaq: “Ümid edirəm ki, tərəfdarımız olan Türkmənistan da Özbəkistanın nümunəsini təkrar edəcək. Bu, təşkilatın nüfuzunu daha da möhkəmləndirəcək”.

Nazir bildirib ki, bu gün XİN rəhbərlərinin görüşündə Macarıstanın Türk Şurasının Mədəni İrs Fondunda müşahidəçi qismində təqdim olunması barədə qərar qəbul olunacaq: “Biz Macarıstanın türk dünyasına getdikcə daha çox inteqrasiya olunması səylərini dəstəkləyirik”.

Nazir Türk Şurasında sədrliyin qəbul olunması ilə bağlı Azərbaycana uğurlar arzulayıb.

Daha sonra Ç.Aydarbekov qeyd edib ki, Türk Şurasının BMT Baş Assambleyasında və İslam Əməkdaşlık Təşkilatında müşahidəçi statusunun alınmasında səylərini dəstəkləmək lazımdır. Bundan başqa, Türk Şurasının TürkPA, TÜRKSOY kimi təşkilatlarlarla əməkdaşlığı gücləndirilməlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3132738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR