Elə bil yasa gediblər...

AFFA-nın Azərbaycan millisi üçün hazırladığı yeni geyim dəsti tənqidlə qarşılanıb.

Metbuat.az xəbər verir ki, futbolçuların yeni dəstinin - kostyum, köynək və ayaqqabının hamısının büsbütün qara rəngdən ibarət olması mənfi aura yaradıb. Bu səbəbdən sosial şəbəkələrdə bu geyim tərzini ələ salanlar da olub. "Elə bil yasa gediblər" - deyə onlar bildiriblər. Qeyd edək ki, bu geyimi futbolçularımız Macarıstanla "Avro-2020"nin səfər matçından əvvəl geyiniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR