"Qəbələ" yeni məşqçi ilə anlaşıb

"Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib.

Metbuat.az-ın məlumatına görə, klubun əsas komandasında yeni məşqçi təyinatı rəsmiləşib.

Azər Bağırov mövsümün sonunadək komandada çalışacaq. “Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I divizion təmsilçisi “Turan-Tovuz”un baş məşqçisi olub. O, məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR