Mark Esper: "Türkiyənin əməliyyatı İŞİD-in qaçışına gətirib çıxarıb"

Mark Esper: "Türkiyənin əməliyyatı İŞİD-in qaçışına gətirib çıxarıb"
01:47 15 Oktyabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyənin (Suriyada-red) əməliyyatı İŞİD döyüşçülərinin qaçışına gətirib çıxarıb".
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.
O, qeyd edib ki, əməliyyat Suriyada İŞİD-in darmadağın edilməsinə səbəb olub. 
Türkiyə Silahlı Qüvvələri artıq bir neçə gündür, Suriyada “Barış pınarı” antiterror əməliyyatı həyata keçirir. Məqsəd Türkiyənin Suriya ilə sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, habelə Suriyada əmin-amanlığın yaradılmasına müvəffəq olmaqdır.
Daha əvvəl Pentaqon rəhbəri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə - bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/esper-turkiyenin-emeliyyati-i-si-d-in-qacisina-getirib-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR