“Qəbələ” - “Qarabağ” matçı FIFA referisinə tapşırılıb

“Qəbələ” - “Qarabağ” matçı FIFA referisinə tapşırılıb
16:07 15 Oktyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. 
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun mərkəzi matçı hesab olunan “Qəbələ” – “Qarabağ” duelini FIFA referisi Əliyar Ağayev idarə edəcək. 
19 oktyabr (şənbə)
17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
19:15. “Keşlə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”
20 oktyabr (bazar)
17:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov. Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”
19:30. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-qarabag-matci-fifa-referisine-tapsirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR