Qəbələdə 4 uşaq anası həyat yoldaşı tərəfindən döyülərək xəstəxanalıq oldu

Qəbələdə 4 uşaq anası həyat yoldaşı tərəfindən döyülərək xəstəxanalıq oldu
16:50 15 Oktyabr 2019
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Qəbələ rayonunda qadın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla döyülüb.

Trend-in məlumatına görə, hadisə rayonun Solquca kəndində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Xalidə Dəmirova həyat yoldaşı 1973-cü il təvəllüdlü Eyvaz Dəmirov tərəfindən xüsusi amansızlıqla döyülüb.

Hadisə nəticəsində bədəninin müxtəlif hissələrindən xəsarətlər alan qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, ailənin birgə nigahdan 4 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3133659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR