İmam Əlini sevən şəxs Müaviyyənin valisini işdən bu cür azad etdirdi

İmam Əlini sevən şəxs Müaviyyənin valisini işdən bu cür azad etdirdi
21:57 15 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Sudə Həmədaniyyə, Əmmar ibni Həmadaninin qızı idi. İmam Əli (ə) şəhid olandan sonra qəbiləsinin nümayəndəsi kimi Müaviyyənin (lən) yanına gedir.

Müaviyyə soruşur: "Sən o kəs deyilmisən ki, qardaşlarını Siffeyn döyüşündə mənə qarşı təhrik edirdin? Bura nə üçün gəlmisən?".

Sudə deyir: "Sənin təyin etdiyin vali bizə zülm edir. Xalqın haqqına riayət etmir. Onu vəzifədən al, yoxsa sənə qarşı qiyam edəcəyik".

Müaviyyə deyir: Məni qiyamla qorxudursan? İstəyirsən səni dəhşətli halda hakimin yanına göndərim".

Bu zaman Sudə, İmam Əlini (ə) mədh edən şeir deməyə başlayır.

Müaviyyə soruşur: "Bu şeiri kimin üçün yazmısan?".

Sudə deyir: "İmam Əlinin (ə) barəsində".

Müaviyyə: "Onda nə görmüsən ki, bu qədər mədh edirsən?".

Sudə: "Bir gün onun xidmətinə getmişdim. Namaz qılırdı və namazını bitirəndən sonra mənim istəyimlə maraqlandı və mən də valinin bizə zülm etdiyindən ona xəbər verdim. Üzünü qibləyə çevirdi və buyurdu: "Allahım! Mən onlara sənin xəlqinə zülm etməyi əmr etməmişəm".

Sonra hakimə məktub yazdı və mənə verdi. Həmin məktubda yazılmışdı: "O zaman ki, bu məktubu oxuyursan, bizim səninlə rabitəmizi qoru, o zamana qədər ki, bir nəfər sənin yanına gələcək və onları səndən təhvil alacaqdır"".

Sudənin bu sözləri Müaviyyəyə təsir etdi və o, əmr etdi ki, valini işdən azad etsinlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/793737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR