Bakıda Avropa Kubokunun açılış mərasimi oldu

Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub.

Metbuat.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, Azərbaycanda yaradılan şərait nüfuzlu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verir. Bədii gimnastikanın ölkədə qızlar arasında ən populyar idman növü olduğunu xatırladan nazir, bu turnirin idmançıların təcrübələrini artırmaları baxımından əhəmiyyətli olduğunu vurğulayıb.Sonra Avropa Kuboku açıq elan olunub və Azərbaycan Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar tərəfindən musiqi sədaları altında rəqs şousu nümayiş olunub.

Üçgünlük yarışlarda 37 ölkədən, ümumilikdə, 160 gimnast iştirak edir. Azərbaycanı turnirdə fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda təmsil edir.

Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40 000 avrodur.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı