Suriya ordusu 5 il sonra Rəqqaya daxil oldu

Suriya ordusu 5 il sonra Rəqqaya daxil oldu
20:05 16 Oktyabr 2019
138 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ordusu 2014-cü ildən bəri ilk dəfə olaraq Rəqqa şəhərinə daxil olub. 

Milli.Az "qafqazinfo"ya istinadən zəbər verir ki, bu barədə "RİA Novosti"yə hərbi mənbə məlumat verib. 

"Suriya hökumət ordusunun qabaqcıl qoşunları beş ildə ilk dəfə Rəqqaya girdilər və şəhərdə bir neçə müşahidə postu qurdular", -deyə o, bildirib. 

Xatırladaq ki, Rəqqa şəhəri 2014-cü ildə İŞİD terror qruplaşması tərəfindən işğal olunub və yaraqlıların de-fakto qalası olub. 

Şəhər 2017-ci ilin oktyabrında beynəlxalq koalisiyanın aviasiyasının dəstəyi ilə "Suriya Demokratik Qüvvələri" tərəfindən bir ay davam edən hərbi əməliyyatdan sonra azad edilib.

Kütləvi bombardman və Amerika tərəfdarı olan kürd qüvvələrinin hərəkatı zamanı Rəqqa məhv edilib və hələ də yenidən qurulmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR