Tramp: PKK İŞİD-dən daha artıq təhlükəlidir

Tramp: PKK İŞİD-dən daha artıq təhlükəlidir
08:05 17 Oktyabr 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

PKK terror təşkilatı İŞİD terror qruplaşmasından daha artıq təhlükə kəsb edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə italiyalı həmkarı Sercio Mattarella ilə birgə mətbuat konfransında deyib.

D.Tramp bildirib: "Bildiyiniz kimi, kürd qüvvələrinin tərkibinə daxil olan PKK, terror təhlükəsi baxımından və bir çox digər münasibətlərdə İŞİD-dən daha pisdir. Düşünürəm ki, bu problemdir və biz, buna baxmayaraq, bu problemi çox uğurla nəzarətdə saxlayırıq".

ABŞ prezidenti əlavə edib: "İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər və ya onlardan daha sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir: biz özümüzü elə aparırıq ki, guya kürdlər mələkdirlər".

D.Tramp qeyd edib ki, onlar bizim tərəfdə döyüşüblər, lakin biz buna görə onlara külli miqdarda pul vermişik.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR