Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub

Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub
10:36 17 Oktyabr 2019
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalına 06.10.2019-cu il tarixində anadangəlmə ürək qüsuru ilə qəbul edilən 4 aylıq körpə, pediatrik kardioloq Nəsimi Cabbarov tərəfindən müayinə edilərək, böyük arteriyaların transpozisiyası (TGA) diaqnozu təsbit edilib.

Böyük arteriyaların transpozisiyası diaqnozu yenidoğulmuşlar arasında ikinci ən çox rast gəlinən anadangəlmə ürək qüsurudur. Bu diaqnozla dünyaya gələn körpələrin 90 faizi üç ayına qədər əməliyyat olunmazsa, həyatlarını itirirlər.

Qeyd edək ki, körpənin gecikmiş bir vəziyyətdə olmasına baxmayaraq, “arterial switch” əməliyyatı planlaşdırılaraq, oktyabrın 7-də uğurla icra olundu. Əməliyyat ürək-damar cərrahı, t.e.d Rəşad Mahmudov və uşaq kardiocərrahları tərəfindən həyata keçirildi. Təhlükəli əməliyyat olmasına baxmayaraq, cərrahlarımızın yüksək peşəkarlığı, inamı və əməyi sayəsində istənilən nəticə əldə edildi. 1 həftə reanimasiyon təqibdə saxlanıldıqdan sonra, balaca qəhrəmanımız sağlamlığına qovuşaraq, evə yola salındı. Hal-hazırda körpənin vəziyyəti yaxşıdır və normal uşaqlar kimi həyatına davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3134581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR