Xocavənd RİH əməkdaşı cərrahiyyə əməliyyat zamanı ölüb

Xocavənd RİH əməkdaşı cərrahiyyə əməliyyat zamanı ölüb
13:08 17 Oktyabr 2019
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı əməliyyat zamanı ölüb.

Trend-in məlumatına görə, Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb.

R.Rüstəmovun ayağı iki yerdən sınıb. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib. O, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatından sağ çıxmayıb.

Faktla bağlı araşdırma aparılır

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3134714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR