Zakir Həsənov Çinə işgüzar səfərə gedəcək

Zakir Həsənov Çinə işgüzar səfərə gedəcək
17:37 17 Oktyabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
İşgüzar səfər çərçivəsində Müdafiə nazirinin ÇXR-nın hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycanin-mudafie-naziri-cine-isguzar-sefere-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR