Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür.

Metbuat.az xarici mediaya istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

Duz - insan orqanizmi üçün önəmli olsa da, ürək üçün zərərlidir. Duzdan aşırı istifadə ürək xəstəliklərinə zəmin yarada bilər.

Kolbasa - xüsusən duz faizi yüksək olan kolbasa və sosislər ürəyə ziyandır.

Qaz yaradan qidalar - bu qidalar ürək xəstəlikləri riskini artırır. Ona görə də, bu kimi qidaları bişirməzdən əvvəl bol su ilə isladı,b tərkibindəki qaz yaradan maddələr çıxana qədər suda gözlətmək lazımdır.

Spirtli içki - bu içkilər bütün həyati orqanlar üçün təhlükəlidir. Ürək xəstəliyi olan insanlar üçün xüsusən zərərlidir və ani ürək durmasına da səbəb ola bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı