Şagirdin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib. Hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında olub.

Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, şagird xəstəxanaya gətirilənə qədər həyatını itirib:

"Hadisə ilə əlaqədar 06.05.2024-cü il tarixində saat 10:20 radələrində 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına şəxsi avtomobil vasitəsilə gətirilib. Şəxsin həkiməqədər ölüm halı qeydə alınıb".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR