Mercedes-Maybach GLS modeli kamuflyajsız yollara çıxıb - FOTO

Mercedes-Maybach GLS modeli kamuflyajsız yollara çıxıb - FOTO
23:05 17 Oktyabr 2019
648 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yeni nəsil Mercedes-Benz GLS krossoverinin dəbdəbəli versiyası kamuflyajsız ümumi istifadə yollarında qeydə alınıb. Şəkillərdən göründüyü kimi, dəbdəbəli krossover adi GLS krossoverindən radiator barmaqlığının tərtibatı, yeni bamperlər, çıxış borusunun forması, disklərin dizaynı və emblemləri ilə fərqlənir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, "Autocar" nəşri alman şirkətinin daxilindəki mənbələrinə istinadən, Mercedes-Maybach GLS modelinin rəsmi təqdimatının yaxın aylarda keçiriləcəyini bildirib. Əgər şayiələr doğrudursa, dəbdəbəli Maybach krossoverinin Los Anceles avtosalonunda debüt edəcəyi gözlənilir. Dəbdəbəli krossoverin əsas bazarının ABŞ olduğunu nəzərə alsaq, modelin debüt məkanının Los Ancelesin seçilməsi daha məntiqəuyğundur. ABŞ-dan sonra isə, alman istehsalçısının ən çox ümid bəslədiyi bazarlar Çin və Rusiyadır.

Mercedes-Maybach GLS modelinin bu subbrendə məxsus olan sedanlar kimi, sahibinə yüksək səviyyəli komfort və dəbdəbəni təklif edəcəyində şübhə etməmək olar. Dəbdəbəli krossover adi GLS modelindən Maybach modellərinə xas olan şaquli zolaqları olan radiator barmaqlığı, bolluca xrom elementlər və xüsusi dizayna malik olan təkər diskləri ilə seçiləcəyini ehtimal etmək olar.

Çox güman ki, dəbdəbəli krossover ikinci cərgədə sərnişinlərə maksimum məkan və rahatlıq təklif edən iki fərdi oturacaqla təchiz olunacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/794283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR