Bakı, 15 may, AZƏRTAC
Mayın 14-dən etibarən Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə “Bərdə Metal-Plastik” ASC-nin sənədsiz, adi, adlı səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 35,876 ədəddir və onların ilkin ticarət qiyməti 2 manatdır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.