Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?

Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?
20:36 18 Oktyabr 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üzrə 1369,0 milyon manat vəsait ayrılıb.

Trend-in məlumatına görə, bu barədə məlumat Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, gələn il səhiyyə sahəsinə ayrılan vəsait 2019-cu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz çoxdur.

Sənədə əsasən, 2020-ci ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 1,0 faiz-bənd çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3135541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR