Sinqapurda ilk dəfə Azərbaycanın turizm potensialı təbliğ edilib

Sinqapurda ilk dəfə Azərbaycanın turizm potensialı təbliğ edilib
21:08 18 Oktyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

16-18 oktyabrda Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 4 turizm şirkəti və 1 hotel Sinqapurda keçirilən “ITB Asia 2019” sərgisində iştirak edib.

Dövlət Turizm Agentliyindən Trend-ə bildirilib ki, stend ziyarətçilərinə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və s. barədə detallı məlumatlar verilib.

Sərgi çərçivəsində Azərbaycanı təmsil edən şirkət nümayəndələri ilə beynəlxalq turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib, təklif olunan müxtəlif turizm məhsulları barədə müzakirələr aparılıb.

“ITB Asia” hər il 3 gün ərzində keçirilən B2B (Biznesdən-biznesə) formatlı turizm ticarət sərgisidir.

“Messe Berlin (Singapore) PTE. LTD” şirkəti və Sinqapur Sərgi və Konvensiya Bürosu tərəfindən təşkil olunan bu sərgi turizm sənayesinin dünya üzrə aparıcı nümayəndələrini bir araya gətirir. Sərgi zamanı müxtəlif seminar və digər tədbirlər baş tutur.

Bu il sərgiyə 132 ölkədən 1300-dən çox iştirakçı, 13 mindən çox ziyarətçi qatılıb, həmçinin 3 gün ərzində 27 mindən çox işgüzar görüş keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/tourism/3135488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR