UEFA “Neftçi”ni 40 min avro cərimələdi

UEFA “Neftçi”ni 40 min avro cərimələdi
16:32 19 Oktyabr 2019
33 İdman
Ölkə mətbuatı
A- A+

UEFA "Neftçi"ni cərimələyib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Bney Yehuda" oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.

Qurum bu səbəbdən paytaxt klubunu 40 min avro dəyərində cərimələyib. Avqustun 15-i "Ha Moşava" stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırmışdı.

"Neftçi" bu mövsüm Avropa Liqasındakı çıxışı ilə UEFA-dan 780 min avro mükafat almışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı