Orqanizmdə kandida göbələyini yoxlamaq üçün STƏKAN TESTİ

Orqanizmdə kandida göbələyini yoxlamaq üçün  STƏKAN TESTİ
19:05 19 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Kandida göbələyi orqanizmdə iltihabı artıran, bir çox xəstəliklərə səbəb olan, hətta xərçəngin belə səbəbkarı kimi qeyd olunan bir göbələk növüdür.
 
İnsan orqanizmində bu göbələk əvvəldən təbiətən normal miqdarda olur. Amma bu norma aşılanda, balans pozulur, allergiya, eczema, baş ağrıları başlayır.
 
Göbələk artdıqca bədəndə toksinlər artır, qana düşüb bütün orqanlara yayılır. Bu isə sağlamlıq üçün zərərlidir.

Milli.Az medicina.az-a istinadən orqanizmdə virus kimi yayılan ziyanlı candida göbələyinin artıb-artmamasını ev şəraitində test etmək üçün sadə üsulu təqdim edir. Belə hesab edin ki, bu bir ev analizidir
Səhər tezdən oyanan kimi, heç nə yeyib içmədən, ağzınıza bir qədər öz tüpürcəyinizi yığıb, bir stəkan təmiz suya tüpürün.

Stəkanın ağzına salfet qoyub, bir kənara qoyun.
30 dəqiqədən sonra stəkanda tüpürcəyin su ilə vəziyyətinə baxin.

Əgər  tüpürcək stəkanın dibinə sap kimi uzun-uzun enirsə, su bulanıbsa, bulanıq çöküntü varsa, sizdə kandida çoxalıb və buna bağlı problemlər artıq var.
Əgər tüpürcək suyun üzərində qalıb üzürsə, bu o deməkdir ki, normadadır, artım yoxdur.

Bu test ona görə etibarlıdır ki, orqanizmdə kandida ən çox həzm sistemində olur və o. ağız boşluğuna kimi gəlib çıxır. Belə halda dilin üzərində, yanaqların iç səthində ağ ərp olur. Səhər tezdən kandida ilə bol ağız suyunu tüpürdükdə, o ağırlıqdan stəkanın dibinə gedəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/795560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR