ABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcək

ABŞ Suriyadakı 1000 hərbçisini İraqa göndərəcək
10:42 20 Oktyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ təxminən min hərbi qulluqçusunu Suriyanın şimal-şərqindən İŞİD-lə mübarizə üçün İraqın qərbinə göndərəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper şənbə günü Yaxın Şərqə səfərində onu müşayiət edən jurnalistlərə bildirib.
"ABŞ qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılması davam edir. Biz həftələr haqqında danışırıq, günlər haqqında yox", - deyə Esper bildirib.
Nazir bildirib ki, cari plan bu qüvvələrin yerini İraqın qərbinə dəyişməkdən ibarətdir. Onun sözlərinə görə, söhbət təxminən min hərbi qulluqçudan gedir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-suriyadaki-1000-herbcisini-i-raqa-gonderecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR