"Neftçi" - "Zirə" oyununda 3 qol vuruldu

"Neftçi" - "Zirə" oyununda 3 qol vuruldu
20:17 20 Oktyabr 2019
100 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq. 

Öncə iki paytaxt təmsilçisi - "Neftçi" və "Zirə" üz-üzə gəldi. İlk dövrədə Zirədə baş tutan oyunda meydan sahibləri minimal hesabla üstün olmuşdular. Bu üzdən "ağ-qaralar" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışırdılar.
 
Turun son matçında isə "Səbail" "Sumqayıt"ı qəbul edir. Paytaxt təmsilçisi birinci dövrədə 3 cavabsız qolla qalib gəldiyi bu rəqibini yenə məğlub etməyi hədəfləyib. Amma sumqayıtlılar da səfərdən ən azı 1 xalla qayıtmağa çalışacaq.
 
Xatırladaq ki, ilk oyun günündə "Qəbələ" "Qarabağ"la, "Keşlə" isə "Sabah"la heç-heçəyə razılaşıb - 1:1.
 
Azərbaycan Premyer Liqası
VIII tur
20 oktyabr
 
"Neftçi" - "Zirə" 3:0
Qol: D.Federiko, 27. B.Dabo, 46. S.Monroz, 77.
"Bakcell Arena". Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
 
Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 10. Dario Federiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 77. Donald Gerye, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 17. Robin Nqalande, 48. Şafik Tiqrudja, 5. Anastasios Papazoğlu, 11. Soni Norde, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 10. Elvin Məmmədov, 23. Mfo Kqasvane, 70. Nicat Süleymanov, 19. Müşfiq İlyasov, 64. Kənan Cəfərov.
Baş məşqçi: Zaur Həşimov.
 
"Səbail" - "Sumqayıt" 0:0 (1-ci hissə)
"ASCO Arena". Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov.
 
Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 7. Fəhmin Muradbəyli, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Ayxan Abbasov.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/795729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR