Tünzalə Ağayeva, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib
Paylaş
64 baxış·1 dəq oxu
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında" sərəncam imzalayıb. "Report"un xəbərinə görə, sərəncamla Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilib: Ağayeva Tünzalə Qabil qızı Mirbabayev Mir Yusif Mir Heydər oğlu Nəcəfova Röyalə Yaqub qızı (Röya).