İndoneziya Prezidentinin inauqurasiyasını pozmaq istəyiblər - Meymunlarla

İndoneziya Prezidentinin inauqurasiyasını pozmaq istəyiblər - Meymunlarla
18:01 22 Oktyabr 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İndoneziya polisi Prezident Coko Vidodonun inauqurasiya mərasimi zamanı məmurlara qarşı hücumun qarşısını alıb.

Trend-in məlumatına görə, təxribatçılar mərasim zamanı partlayıcı qoyulmuş diyircəklərlə məmurlara hücum etməyi planlaşdırıblar. Eyni zamanda mərasimdə qarışıqlıq salmaq üçün meymunları da əsəbiləşdirib təxribata şərik etmək istəyiblər.

Məlumata görə, təxribatçılar öz planlarını "WhatsApp" messencerində hazırlayaraq əlaqə qurublar. Qrupda 123 nəfər qeydiyyatdan keçibmiş.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3137306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR