Türkiyə-Rusiya arasında imzalanan müqavilənin şərtləri -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin ilə dünən Soçidə keçirilən görüşdə Suriyadakı əməliyyatlara dair razılıq əldə olundu.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə ilə Rusiya arasında 10 maddədən ibarət müqavilə imzalanıb:

1. Hər iki tərəf Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına və Türkiyənin milli təhlükəsizliyinin qorunmasına bağlı qaldıqlarını təsdiq edirlər.

2. Terrorizmin bütün şəkil və təzahürləri ilə mübarizədə və Suriya ərazisində separatçı fəaliyyətləri boşa çıxarma istiqamətində qətiyyətli olduqlarını vurğulayırlar.

3. Bu çərçivədə, Tel Abyad və Ras Al Aynın daxil olduğu 32 km dərinliyindəki mövcud Barış Pınarı Hərəkatı sahəsindəki status-kvo mühafizə ediləcəkdir.

4. Hər iki tərəf Adana Anlaşmasının əhəmiyyətini təsdiq edir. Rusiya Federasiyası mövcud şərtlərdə Adana Anlaşmasının tətbiqini asanlaşdıracaqdır.

5. 23 Oktyabr 2019-cu il, günorta saat 12:00-dan etibarən Rus hərbi polisi və Suriya sərhədçiləri Barış Pınarı Hərəkatı sahəsinin xaricində qalan Türkiyə-Suriya sərhədinin Suriya tərəfinə, YPG ünsürləri və silahlılarının Türkiyə-Suriya sərhədindən başlayaraq sərhədin 30 km xaricinə çıxarılmasını təmin etmək üçün daxil olacaqlar. Bu proses 150 saat içində tamamlanacaqdır. Eyni zamanda, Qamışlı şəhərindən xaricində, Barış Pınarı Hərəkatı sahəsinin qərbində və şərqində 10 km dərinlikdə birgə Türk-Rus patrul fəaliyyəti başlayacaqdır. 6. Münbiç və Tel-Rıfatdan bütün YPG ünsürləri silahları ilə bərabər çıxarılacaqdır.

7. Hər iki tərəf terrorist ünsürlərin sızmasının qarşısının alınmasının təmini üçün lazımi tədbirləri görəcəkdir. 8. Qaçqınların təhlükəsiz və könüllü şəkildə geri qayıtmalarını asanlaşdırmaq məqsədilə ortaq fəaliyyət göstəriləcəkdir.

9. Bu memorandumunun həyata keçirilməsinə nəzarət üçün və koordinasiya məqsədilə müştərək bir nəzarət və yoxlama mexanizmi qurulacaqdır.

10. Tərəflər Astana Mexanizmi çərçivəsində Suriya münaqişəsinin siyasi həlli üçün səylərini davam etdirəcək və Konstitusiya Komitəsinin fəaliyyətini dəstəkləyəcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR