29 ölkənin nazirləri toplanır - Türkiyə Avropanı AYAĞA QALDIRDI

29 ölkənin nazirləri toplanır - Türkiyə Avropanı AYAĞA QALDIRDI
16:48 23 Oktyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

NATO-ya daxil olan 29 ölkənin Müdafiə nazirləri Brüsseldə toplaşacaq.

Publika.az xəbər verir ki, 24-25 oktyabrda keçiriləcək toplantıda Suriya, Rusiya, Əfqanıstan, İŞİD-lə mübarizə, iş bölgüsü, hibrid təhdidlər kimi məsələlər müzakirə olunacaq.

NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb ki, əsas gündəm maddələrindən biri Suriyanın şimalındakı proseslər olacaq.

Toplantıda, həmçinin, Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması (INF) fonunda silahlanmaya nəzarətin müzakirə olunacağı gözlənilir.

NATO hökumət və dövlət başçıları isə dekabr ayında Londonda bir araya gələcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/293918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR