Müğənni Ayan Babakişiyeva pərəstişkarları ilə görüşəcək.

Bu haqda ifaçı Axşam.az-a açıqlamasında deyib:

“Məni sevən insanlar çoxdur. Onlara pərəstişkar demirəm. İndiyənə kimi heç vaxt sevənlərimlə görüşüm olmayıb. Amma yaxın günlərdə belə bir görüş planlaşdırıram. İlk dəfə olacaq. Bu günə kimi çox sevənimdən hədiyyələr almışam. Verilişlərə çıxanda nə qədər xoş sözlər yazırlar. Düzdür, mənim də fanatla bağlı problemim olub. Manyak pərəstişkarım var idi. Elə dəhşətli hadisə yaşamışdım ki... Onu xatırlamaq istəmirəm”.