Kosmik hava proqnozu açıqlandı - Maqnit qasırğası olacaqmı?

Kosmik hava proqnozu açıqlandı - Maqnit qasırğası olacaqmı?
20:37 24 Oktyabr 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Milli.Az bildirir ki, rəsədxanadan Trend-ə bildirilib ki, bu gün Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakit keçib.

Qeyd olunub ki, proqnoz dövründə (24-26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İlk iki gün isə Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30 faizdən, son gün isə 15 faizdən aşağı qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/weather/796865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı