Pakistan Prezidenti Bakıdan dünyaya SƏSLƏNDİ: On illərdir o torpaqlar...

Pakistan Prezidenti Bakıdan dünyaya SƏSLƏNDİ: On illərdir o torpaqlar...
15:33 25 Oktyabr 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

“Bu gün dünyada baş verən toqquşmalar, o cümlədən hər gün artan terrorçuluq çox mürəkkəb vəziyyətin yaranmasına gətirib çıxarıb. Biz gücdən istifadə hallarının, o cümlədən qeyri-sabitliyin şahidiyik. Beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmur”.

Publika.az-ın məlumatına görə, bunu Qoşulmama Hərəkatının sammitində çıxışı zamanı Pakistan Prezidenti Arif Alvi bildirib.

O qeyd edib ki, iqlim dəyişkliyi, irqçilik, xüsusilə islamafobiya baş alıb gedir:

“Zirvə görüşü çərçivəsində biz Bandunq prinsiplərini qeyd etdik. Bizim təşkilat çərçivəsində tədbirlər planı olmalıdır. Hərəkatın üzvləri BMT üzvlərinin 2/3 hissəsi, dünya əhalisinin 50 faizidir. Bizim ümumi irsimiz var. Bu irs BMT nizamnaməsində əks olunanları tətbiq etməyə imkan verir.

Pakistan birmənalı olaraq işğala yox deyir, onu pisləyir. Xalqların azadlığı naminə terrorçuluğa qarşı mübarizə aparılamasını təşviq edir. Üzv dövlətlər hər cür işğaldan əziyyət çəkirlər. Kəşmir xalqı on illiklər ərzində xarici əsarət altındadır. Kəşmirin işğalı ilə bağlı onun incəliklərini açıqlayan qərar var. Bu qərar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Hazırda orada qeyri-qanuni hərəkətlər edilir və orada yaşayan əhali illər ərzində əziyyət çəkir. Həmin regionda yaşayan xalqın öz müqəddəratını təyin etmək hüquq var. Bu hüquq təmin edilməlidir. Bu gün Kəşmirdə terrorçuluq baş alıb gedir. BMT hüquq mövqeyindən çıxış edərək ölçülər götürməldir”.

Arif Alvi qeyd edib ki, Pakistan Kəşmirdə təhlükəsizliyin bərqərar olması üçün çalışır:

“Biz Kəşmir xalqının çətinliklərini qeyd edirik. BMT Təhlükəsizlik Şurası indiyədək bu istiqamətdə 11 qətnamə qəbul edib. Orada yaşayan xalq ən böyuk terror hadisələri ilə üzləşir. Etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq Pakistan hesab edir ki, hər bir dövlət etnik xalqın hüququnu qorumalıdır. Pakistan bu baxımdan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırış edir. Bu məsələ siyasiləşdirilməli, passiv olaraq kənardan müşahidə edilməli deyil. Kənar qüvvələr oranı işğal altında saxlayır. Həmçinin, Əl-Qaidə, İŞİD kimi ünsürlərə qarşı addımlar atılıb. Beynəlxalq ictimaiyyət bunun öhdəsindən gələ bildiyi kimi Kəşmirdəki ünsürlərin də öhdəsindən gələ bilər. Biz bu ünsürlərin beynəlxalq hüquq qarşısında cavab verməsinə nail olunmasına çağırırıq”.

İqlim dəyişikliyi ilə bağlı danışan Arif Alvi qeyd edib ki, Pakistan Himalay dağlarında buzlaqların əriməsinin qarşısının alınması ilə bağlı təkliflər irəli sürüb və sunamilərin qarşısının alınması üçün fondun yaradılması istiqamətində çalışır. Pakistan Prezidenti iqlim dəyişikliyi ilə mübarizə üçün hər il 3 trilyon dollar vəsaitin ayrılmalı olduğunu vurğulayıb.

Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/294156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR