Trampdan Türkiyəyə NÖVBƏTİ TƏHDİD: Xatırlatmağa ehtiyac yoxdur

Trampdan Türkiyəyə NÖVBƏTİ TƏHDİD: Xatırlatmağa ehtiyac yoxdur
20:08 25 Oktyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Suriyada təhlükəsiz zona adlandırılan bölgədən ayrılarkən kürdlərə atəş açılmamalı olduğunu tamamilə anladı. Atəşkəsin pozulması halında, böyük miqyaslı sanksiyaların olacağını xatırlatmağa ehtiyac yoxdur.

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp tvitter hesabında yazıb.

“ABŞ-ın rifahı 2016-cı ilin noyabr ayından bəri trilyonlarla dollar qazandı. Bütün digərlərinin iqtisadiyyatı azaldı. Gücümüz iqtisadiyyatdır, yenidən qurulan ordumuzdan istifadə edilməməsi daha yaxşı bir alternativdir. Neft güvəncəyə alındı. Əsgərlərimiz bölgəni tərk etdi və başqa yerə getmək üçün Suriyadan ayrılırlar. Sonra evə gəlirlər. Biz yalnız 30 gün orada olmalı idik, bu, 10 il öncə idi. Yaxın Şərqi 20 ildir səhv başa düşən ekspert görünüşlü axmaqlar sazişdən (Suriya üzrə ABŞ-Türkiyə razılaşması – red.) nə əldə etdiyimizi soruşduqda, mən bəsit şəkildə deyirəm: Nefti və əsgərlərimizi evə geri gətiririk. İŞİD nəzarətə alındı”, - Tramp yazıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/294190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR