Bakı. Trend:

Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları birgünlük işləməyəcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti birgünlük dayandırılacaq.

Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin