Keçmiş KVN-çi Vado Korovin "Zaurla Günaydın"da şəxsi həyatı ilə bağlı heç yerdə etmədiyi etirafları edib.
Metbuat.az xəbər verir ki, 24 illik həyat yoldaşı ilə aralarında əvvəlki sevginin olmadığını bildirib.

3 qız atası olan məşhur həyat yoldaşının gənclikdə onu çox qısqandığını açıqlayıb: "Aramızda əvvəlki sevgi yoxdur artıq. Gənclik vaxtlarımda daşa, ağaca da qısqanırdı. Evə zənglər gəlirdi, səs çıxarmırdılar, qulaq asırdılar, mahnı qoyurdular".
(milli.az)