Riçard Qadze: "Azərbaycan çempionatında çox şey dəyişib"

Riçard Qadze: "Azərbaycan çempionatında çox şey dəyişib"
21:17 26 Oktyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Bir mövsümlük fasilədən sonra "Zirə"yə dönən Riçard Qadze "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri debüt matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
"Report" qanalı hücumçu ilə müsahibəni təqdim edir:
- Bu gün hər iki qolun ötürməsini verdiniz. Çıxışınızı necə qiymətləndirirsiniz?
- Əvvəlcə komanda, sonra fərdi nailiyyətlər gəlir. Öz evimə qayıtmışam, uzun müddətdir bu anı gözləyirdim. Özümün və komandanın performansından məmnunam.
- Sizin Azərbaycanda olmadığınız müddətdə Premyer Liqada nələr dəyişib?
- Dəyişən şeylər çoxdur. Yerində qalan nəsə yoxdur. Öz komandamla fəxr edirım.
- Baş məşqçi fiziki cəhətdən tam hazır olmadığınızı deyirdi. Amma bu gün yaxşı oynadınız və iki məhsuldar ötürmə verdiniz. Bu, hələ sizin ideal formanız deyil?
- Baş məşqçimiz sözlərində haqlı idi. Çünki 3 aydır futboldan kənar idim, 2 həftədir komanda ilə məşq edirəm. Çıxışım insanın məqsədləri ilə bağlıdır. Belə olan halda nə istədiyini bilirsən. Baş məşqçinin etimadını da yüksək qitmətləndirirəm. Bu, bizim aramızda olan hörmətdən irəli gəlir.
- Rumıniyanın "Voluntari" klubundan niyə ayrıldınız? Deyilənə görə, orada legionerlərə münasibət yaxşı olmayıb.
- Bu, təkcə oynamaqla bağlı problemlər deyildi. Həmçinin viza ilə bağlı sıxıntı vardı. Biz qarşılıqlı anlaşma ilə müqaviləyə xitam verdik.
- Rumıniya çempionatı bizi çox qabaqlayır?
- Elə də çox böyük fərq yoxdur. Sadəcə olaraq, kəskin fərq komandaların sayındadır.
- "Sabah"a keçmək variantınız vardı.
- Bəli, danışıqlar gedirdi, ancaq birdən dayandı. Heç bir rəsmiyyət yox idi, belə alındı.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ricard-qadze-azerbaycan-cempionatinda-cox-sey-deyisib-musahi-beeg

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR