O, bir neçə il öncə aparıcı olduğu "Toy olsun" proqramında qarşılaşdığı bir məqamı da açıqlayıb.
Elgizin sözlərinə görə, fiziki qüsurlu cütlüyün toyu zamanı bir müğənni ona zəng edərək verilişdə iştirak etmək istədiyini deyib. "Mənə dedi ki, həftənin 5-cü günü verilişə gəlmək, gəlinə hədiyyə etmək istəyirəm. Veriliş günü o gəldi, yeni mahnılarını oxudu, qızın da barmağına üzük taxdı. Toydan bir neçə gün sonra bəyin anası mənə zəng etdi. Mən düşünürdüm ki, o təşəkkür edəcək. Amma mənə dedi ki, gəlini çox ağlayır, özünü pis hiss edir. Mən səbəbini soruşanda dedi ki, müğənninin taxdığı nişan üzüyü qaralıb".
Aparıcı ad açıqlamasa da müğənninin bu xeyriyyə işindən özünü rekalm üçün istifadə etdiyini deyib. "Ayıb olsun ona. Özünü göstərdi, beş mahnı oxudu getdi".
Mənbə
ANS PRESS