Puerto-Rikonun 21 yaşlı təmsilçisi Nellis Pimentel "Miss Yer Kürəsi - 2019" müsabiqəsinin qalibi olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müsabiqənin Tvitter səhifəsində məlumat verilib.

Müsabiqədə ümumilikdə 85 qız iştirak edib. Münsif heyəti "Miss Hava - 2019" tituluna amerikalı Emani Devisi, "Miss Su - 2019"a çexiyalı Klara Vavruşkovanı, "Miss Od - 2019"a isə Belarus vətəndaşı Alisa Manenoku layiq bilib.

Qeyd edək ki, BMT-nin təşkilatçılığı ilə hər il keçirilən müsabiqə ətraf mühitin problemlərinə diqqətin cəlb edilməsi məqsədi güdür.

Milli.Az