ABŞ hərbçiləri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadini zərərsizləşdirib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp deyib.
“Əməliyyat zamanı ABŞ hərbçilərindən heç kim xəsarət almayıb”, - Tramp bildirib.
Xatırladaq ki, Tramp bir qədər əvvəl “taleyüklü məsələ”yə dair tvit yazmışdı. ABŞ mətbuatı prezidentin bu tvitini İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsi ilə əlaqələndirmişdi.