Axşam.az-ın məlumatına görə, aparıcı adını açıqlamadığı xalq artisti ilə bağlı maraqlı etiraf edib.
O, xeyriyyəçi müğənnilərin adlarını açıqlayıb:
“Azərbaycanda xeyriyyə işi ilə ən çox məşğul olan müğənni İlhamə Quliyeva, Nadir Qafarzadə və Nazənindir. “Toy olsun” layihəsində bir dəfə fiziki qüsuru olan gəncləri evləndirirdik. Bir xalq artisti zəng vurdu ki, onların qızıl əşyalarını mən alacam. Gəldi efirə, onu təmtəraqlı reklam etdik. Gəlinin barmağına üzük taxdı. Üç gündən sonra gəlinin anası mənə zəng etdi ki, qızım pisdir. Nişan üzüyü qaralıb, rəngi gedib. Məlum oldu ki, saxta imiş. O, müğənniyə ayıb olsun. Gənc qızın qəlbin qırdı, onun hesabına özünü reklam etdi”.