"Report" xarici mətbuata istinadən xəbər verir ki, Çin prezidentinin açıqlamasından sonra ölkədə ticarət əməliyyatları aparan 60 şirkətin səhmlərində artım günlük 10% həddində olub
"Shenzhen İnformasiya Texnologiyaları" indeksi bazar ertəsi günü 5,1% artaraq, iki ayın ən yüksək artımını göstərib. Dünyanın ən yüksək dəyərli kriptovalyutası "Bitcoin"in qiyməti isə 30% artıb.
Bazarın reaksiyası, Xi Jinpingin dəstəyinin nə qədər təsirli ola biləcəyini göstərir. Yüksək vəzifəli şəxslər böyük siyasi yığıncaqlarına 2018-ci ilin əvvəlindən bəri ilk dəfə bazar ertəsi günü başlayıb.