Amerika sakininin okeana atdığı məktuba Kanadadan cavab gəlib

Amerika sakininin okeana atdığı məktuba Kanadadan cavab gəlib
08:02 29 Oktyabr 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ sakini Holli Romanekin butılkada Atlantik okeanına atdığı məktubuna cavab gəlib.
Bu barədə "Report" "Northjersey.Com"a istinadən xəbər verir.
Portalın məlumatına görə, Nyu-Cersi ştatının Sendi-Huk şəhərindən olan qız ailəsi ilə birlikdə boş şüşədə qəhvə ilə mesaj göndərmək qərarına gəlib.
"Əgər siz bunu tapsanız, ümid edirik ki, gününüz yaxşı olacaq. Əgər istəyirsinizsə, lütfən, mənə yazın", - deyə o məktubda yazıb. O məktubun mətninə özünün elektron poçt ünvanını da əlavə edib.
İki aydan sonra Hollinin elektron ünvanına onun məktubunun tapılması barədə məlumat gəlib. Məlum olub ki, onun məktubunu Nyufaundlenddən (Kanada) olan bir kişi tapıb.
Beləliklə, məktubu butulkaya təxminən 18,8 min km məsafə qət edib. Portal qeyd edir ki, məktub Qolfstrim axınına düşüb və Kanadaya çatıb. 






Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/amerika-sakini-okeana-atdigi-mektuba-kanadadan-cavab-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR