ABŞ Bağdadinin cəsədini dənizə atıb

ABŞ-ın həftəsonu İdlibdə həyata keçirdiyi əməliyyatda öldürülən İŞİD lideri Bağdadinin cəsədinin dənizə atıldığı məlum olub.

Metbuat.az xəbər verir ki, bunu mövzu ilə bağlı türk mediasına danışan ABŞ səlahiyyətli nümayəndəsi deyib. O, cəsədin yeri və basdırılma şəkli ilə bağlı detalları açıqlamayacağını qeyd edib.

Bağdadinin cəsədinin əməliyyat bölgəsindən alınıb ABŞ-a aid bir bazaya DNT testi üçün aparıldıqdan sonra cəsədinin nə edildiyi maraq doğururdu. ABŞ Baş qərargah rəisi Mark Milley cəsədin beynəlxalq döyüş hüququna uyğun şəkildə basdırıldığını demişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR