Bakıda saxta sürücülük vəsiqəsi hazırlayan şəxslər tutuldu

Bakıda Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsini hazırlayan dəstənin üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs tutulub.

Əldə edilmiş əməliyyat məlumatı nəticəsində keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Adıgözəlov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd AH 14563430 seriyalı nömrəli Gürcüstan Respublikasının saxtalaşdırılmış sürücülük vəsiqəsi aşkar olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR